Serdar Ortaç və Ebru Gündeş illər sonra barışdı – FOTO

OXUNUB: 666 ŞOU-BİZNES

Tanınmış türkiyəli müğənnilər Ebru Gündeş və Serdar Ortaç dörd ildir davam edən küsülülüklərinə son qoyub.

 Ebru ötən gün məkanların birində konsert proqramı ilə çıxış edib.

Onu dinləməyə gələn tamaşaçıların sırasında Serdar Ortaç da olub. 

Konsert davam edərkən prodüser Hüseyn Emrenin mikrofonu götürərək "Dəli oğlumla əziz qızımı barışdıraq?” deməsi onların barışmasına səbəb olub. 

Ebru Serdar Ortaçı səhnəyə dəvət edib və onlar "Bilsem ki” mahnısını duet şəklində səsləndiriblər.

Onu da əlavə edək ki, Afrindən şəhid xəbərinin gəlməsini eşidən Gündeş konsert proqramını yarımçıq dayandırıb. /oxu

 

İcmal.Az

RƏYLƏR