Sərdar Ortaçı məhkəməyə verdilər — SƏBƏB

OXUNUB: 1155 ŞOU-BİZNES
Məşhur müğənni Sərdar Ortaçı məhkəməyə veriblər.


DJ və bəstəkar Emrah Karaduman müğənnini borcunu ödəmədiyi üçün məhkəməyə verib. İddiaya əsasən, Ortaç Karadumana aranjman üçün yaranan 25 min lirə (12 min AZN) borcunu ödəməyib.

Sərdar Ortaç bir müddət əvvəl Əmraha bir mahnının aranjmanını sifariş edib. İki həftə sonra onun istəyi yerinə yetirilib. Sərdar Ortaç işi təhvil aldıqdan sonra mahnını bəyəndiyini və qısa müddətə borcunu ödəyəcəyini söyləyib. Amma aradan müəyyən vaxt keçsə də, ödəniş olmayıb. Bu səbəbdən Əmrah Karaduman məhkəməyə müraciət edib./olke.az
 
İcmal.Az

RƏYLƏR