SƏRDAR YUSİFOĞLUNUN PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU

OXUNUB: 1072 QHT

"Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının üzvü, təhsil üzrə ekspert Sərdar Yusifoğlu  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

" Hörmətli cənab Prezident! Ölkəmizdə böyük hadisə baş verib.  11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində xalq öz gələcəyinə səs verdi . Xalqımızın Sizi yenidən prezident seçməsi münasibətilə "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) adından təbrik edir, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Səsvermə nəticələri bir daha sübut etdi ki, xalqımızın qarşısında göstərdiyiniz misilsiz xidmətlər dərin ehtiram və hörmətlə qarşılanır. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

Sizin imzaladığınız müxtəlif sərəncam və fərmanlar, dövlət proqramları, habelə, sahibkarlıq, QHT-lər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə böyük əhəmiyyət daşıyır və gənclərimizin həm biznes fəaliyyəti, həm də ictimai fəallığı üçün yardımçı olmaqdadır.

Bildirmək istərdik ki, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi olaraq, dövlətimizin, Prezidentimizin yanındayıq və Sizin ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyətiniz nəticəsində Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevriləcəyinə şübhə etmirik. Sizi bir daha böyük səs çoxluğu ilə qələbə qazanmanız münasibəti ilə təbrik edir, hələ uzun illər gümrah və enerjili Prezident kimi, ölkəmizi və xalqımızı təmsil etməyinizi arzulayırıq".

sardar yusifoglu

 

İcmal.Az

RƏYLƏR