Sərnişin qatarı relsdən çıxdı: yaralılar var - İspaniyada

OXUNUB: 519 DÜNYA

İspaniyanın Əndəlus rayonunda sərnişin qatarı relsdən çıxıb.

Qəza nəticəsində 7 nəfər müxtəlif xəsarətlər alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qatar Malaqadan Sevilya istiqamətində hərəkət edirmiş. İlkin ehtimal olaraq qəzanın baş vermə səbəbi kimi relsləri yağış sularının yuması göstərilib.

 

Hadisə zamanı xəsarət alanlara ilk kömək edən yaxınlıqdakı yerli fermerlər olub./trend

İcmal.Az

RƏYLƏR