Sərnişin qatarında YANĞINDA ölənlərin sayı artır - 62 nəfər (YENİLƏNİB)

OXUNUB: 573 DÜNYA
Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Daha öncə yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında 10 nəfərin öldüyünü, lakin ölü sayının artacağını istisna etməmişdi. Qəza nəticəsində yaralıların sayı isə onlarla qeyd edilir.

X X X

Saat 08:18

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə ağır yaralanıb. 

İCMAL.az-ın məlumatına görə, yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında ölü sayının artacağını istisna etməyib: "10 nəfərin ölümü təsdiqlənib, lakin bu sayın artacağı istisna olunmur".

Məlumata görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib.

RƏYLƏR