Sərxoş kişi Bakı polisini ayağa qaldırdı: Sonra zəng vurub üzr istədi

OXUNUB: 803 HADİSƏ

Bakıda maraqlı hadisə baş verib. 

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 – Qaynar Xəttinə müraciət edib. 

O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə avtomaşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və avtomobilini evinin həyətində saxlayıb kafeyə getdiyini deyib.

Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR