Sərxoş kişi balta ilə arvadını öldürmək istədi

OXUNUB: 558 HADİSƏ

Dünən axşam saatlarında, Hacıqabul rayonunda kişinin həyat yoldaşına hücumu ilə bağlı növbəti insident qeydə alınıb.

1985-ci il təvəllüdlü, Koroğlu küçəsində yaşayan Qəmbərov Adəm Hüseynqulu oğlu 1985-ci il təvəllüdlü həyat yoldaşı Qəmbərova Xalidə Nurəddin qızına balta ilə çoxsaylı bədən xəsarətləri yetirib. Bu tükürpədici hücum üç azyaşlı uşağın gözləri qarşısında baş verib.

Hadisəyə qadının bacısı vaxtında müdaxilə edib. Qəmbərovun həyat yoldaşını öldürməsinə əngəl olub.

Zərərçəkənin bacısı köməyə qardaşını çağırıb.

Təfərrüat barədə Oxu.Az-a Hacıqabul rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ailədə baş verən faciədən əvvəl cinayətkar külli miqdarda spirtli içki qəbul edib. Ər-arvad arasında münaqişənin meydana gəlməsinə məhz bu səbəb olub. Qəzəbli ailə başçısı uşaqların otaqda olmasına məhəl qoymayaraq, balta ilə həyat yoldaşına hücum çəkib. 

Son anda qadının köməyinə qardaşı gəlib. Hadisədən sonra Qəmbərov polis şöbəsinə gələrək təslim olub.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddələri ilə cinayət işi açılıb.

İcmal.Az

RƏYLƏR