Sərxoş kişi küçənin ortasında özünü öldürmək istədi

OXUNUB: 539 HADİSƏ

Şirvanda polis intihar etmək istəyən şəxsi xilas edib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan publika.az-a verilən məlumata görə,Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.

Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da, həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünə qəsd edəcəyini bildirib, xuliqanlıq hərəkətlərini davam etdirib.

Hadisə yerinin yaxınlığında olan şəhər polis və mühafizə şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR