Səudiyyə Ərəbistanı şahzadənin qətlini təkzib edir

OXUNUB: 641 DÜNYA

Səudiyyə Ərəbistanının hakimiyyəti polislərin keçirdiyi "saxlanılma əməliyyatı” zamanı şahzadələrdən birinin həlak olması haqda xəbəri təkzib edib.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, atışma zamanı öldürüldüyü bildirilən Səudiyyə şahzadəsi sağdır.

Yerli KİV daha əvvəl bəyan etmişdi ki, 44 yaşlı şahzadə Əbdül Əziz bin Fəhd onu həbs etməyə çalışan polislər tərəfindən güllələnib.

Həmçinin bildirilir ki, şahzadə Saudi Oger Ltd şirkətinin, hansı ki, vaxtilə Livanın ötən istirahət günlərində istefaya getmiş baş naziri Səəd Xariri ailəsinə aid idi, işlərinə "cəlb edilmişdi”./oxu

İcmal.Az

RƏYLƏR