Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

OXUNUB: 385 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, 86 yaşlı Kral Salman Ciddədəki Kral Faysal Mütəxəssis Xəstəxanasına aparılıb. Kral Salmanın bəzi tibbi müayinələr üçün xəstəxanaya yerləşdirildiyi bildirilən xəbərdə başqa detallara yer verilməyib. Kral Salman bəzi tibbi müayinələrdən keçmək üçün 20 iyul 2020-ci ildə xəstəxanaya yerləşdirildi və 3 gün sonra öd kisəsindən uğurlu əməliyyat keçirdi.
7NEWS.az

RƏYLƏR