Səudiyyə şahzadələrinin saxlandığı hotel xidmətə açılır – FOTO

OXUNUB: 869 İQTİSADİYYAT

Səudiyyə Ərəbistanında 11 şahzadənin saxlandığı "Ritz-Carlton Hotel” yenidən qonaqları qəbul etməyə başlayıb. 

Hoteldə Səudiyyənin 11 şahzadəsi saxlanılırdı.

Bu səbəbdən müəssisəyə "dünyanın ən lüks həbsxanası” adı verilmişdi.

Qeyd edək ki, dünən şahzadələrdən ən varlısı hesab olunan Əl Vəlid Bin Talal həbsxanaya köçürülüb. Buna səbəb korrupsiya ittihamları araşdırması çərçivəsində Əl Vəlidin tələb olunan pulu Səudiyyə hökumətinə ödəməyi rədd etməsi olub. 

Hotellər zəncirinin internet ünvanında yer alan açıqlamada bilidirilib ki, müəssisədə saxılanılanlarla bağlı araşdırmalar yaxın günlərdə başa çatacaq. Fevralın ikinci yarısından hotel xidmətə açıq olacaq. Hoteldə ən ucuz otağın qiyməti 650 dollardır. İki min kvadratmetr olan hoteldə 492 otaq var. /oxu

 

İcmal.Az

RƏYLƏR