Səudiyyənin vəliəhd şahzadəsi öldürülüb - ŞOK İDDİA

OXUNUB: 589 DÜNYA
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın öldürüldüyü ilə bağlı iddialar yayılıb.

Bu barədə İranın Keyxan qəzeti ərəb kəşfiyyat idarələrinə istinadən məlumat verib.

Qəzet şahzadənin 27 gündür ortalıqda görünmədiyinə diqqət çəkib, aprelin 21-də kral sarayının yaxınlığında silah səslərinin eşidilməsi və çevrilişə cəhd iddiaları yenidən gündəmə gətirilib.

Şahzadənin kral sarayına edilən hücum zamanı 2 güllə yarası aldığı və ölmüş ola biləcəyi deyilir.

Qeyd edək ki, aprelin 21-də bəzi mətbu orqanlar kral sarayının yaxınlığında silah səslərinin eşidildiyini yazmış, Səudiyyə rəsmiləri Riyadın hava sahəsinə qanunsuz daxil olan pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdılar. Səudiyyənin yerli mətbuat orqanları isə hadisə zamanı şahzadənin saraydan çıxarılaraq hərbi bazalardan birinə aparıldığını qeyd etmişdilər./qaynarinfo

İcmal.Az

RƏYLƏR