Sevgilisi 17 yaşlı qızı kirayələdiyi mənzilə aparıb öldürdü - VİDEO - FOTO

OXUNUB: 845 DÜNYA

İstanbulda 17 yaşlı Aleyna Can dünən axşam saatlarında günlük kirayələnən evdə silahla öldürülmüş halda tapılıb.

Gənc qızın olay yerinə gələn anası: ''Nə olar, qızımın qatilini tapın" deyərək fəryad edib.

Hadisə yerinə gələn polislər silah səsinin gəldiyi mənzilə girdikdə Aleynanın cansız bədəni ilə qarşılaşıblar.

Aleynanın başından bir güllə ilə vurularaq öldürüldüyü məlum olub. Polislər ərazidə olan təhlükəsizlik kamerası görüntülərini izləyərkən evdən çıxan üç şəxsi müəyyən ediblər. Onlardan ikisi artıq saxlanılıb. Aleyna Canın sevgilisi olduğu deyilən Eser Devrim E.-nin tutulması üçün axtarışlar davam edir.

Aleyna Canın xalası Havva Özçelik isə bacısı qızının 15 gün onun yanında qaldığını söyləyib. Şübhəli Eser Devrim E. ilə telefonda görüntülü danışdıqlarını bildirən Özçelik: "Eser zəng etdi. Mən səsimi çıxardanda kişi hesab etdi. Bacım qızı "Xalamdır" dedi. "İnanmıram" dediyini eşitdim. Sonra görüntülü danışdı mənimlə. Ondan sonra inandı "Gəl, gəlməsən, mən oraya gələcəm. Gəl görüşək, ayrılaq" dedi. Aleyna ayrılmaq üçün bura gəlmişdi" deyib.

İcmal.Az

Sevgilisi 17 yaşlı qızı kirayələdiyi mənzilə aparıb öldürdü - VİDEO - FOTO


Sevgilisi 17 yaşlı qızı öldürdü

RƏYLƏR