"Sevgilisi" ilə ailə quran qızın sözləri şoka saldı: "Ailəmi öldürməsin deyə..." - VİDEO

OXUNUB: 642 DÜNYA

Konyada boşanmaq istədiyi həyat yoldaşı tərəfindən silahlı hücuma məruz qalan qadının sözləri, polisləri dəhşətə gətirib.

İcmal.Az media24.az-a istinadən bildirir ki, Konyada təxminən 10 gün əvvəl boşanmaq istədiyi üçün həyat yoldaşının silahlı hücumuna məruz qalan Gizem Tatlısertin müalicəsi davam edir.

Zafer Tatlısert lisey illərində tanış olduğu Gizemə aşıq olub və ondan əl çəkməyib. Gənc qız ona aşiq olan gəncin evlilik təklifini bir müddət qəbul etməyib. Ancaq Zafer Tatlısert universitetə daxil olan qızı qaçırdıb və Gizemin yaxınlarına zərər verməyə başlayıb. Bundan sonra evlilik təklifini qəbul edən Gizem "Ailəm və ətrafımdakı insanların zərər görməsini istəmirdim" deyib.

Hadisə belə baş verib.

Haqqında axtarış qərarı verilən və 6 il həbs cəzası səbəbindən polis tərəfindən axtarılan Zafer Tatlısert (27) bundan 10 gün əvvəl Gizemin işlədiyi yerə kuryer geymində girib. O, başında kaska, kuryer geymində şirkətdə mühasib işləyən Gizemin otağına girib, tapança ilə bir neçə atəş açıb. Sinəsindən və qolundan vurulan gənc qadın xəstəxanaya aparılıb. Həkimlər güllənin Gizemin ürəyinin 3 santimetr yuxarısına nüfuz etdiyini bildirib. Ağciyərləri zədələndiyi üçün 3 gün intensiv kontekstdə qalan qadının müalicəsi davam edir. İki ayrı əməliyyat keçirəcək olan gənc qadın yaşadığı dəhşəti danışıb: "İş yoldaşlarıma kömək edin, mən ölürəm,- dedikdən sonrasını xatırlamıram. Ailəm zərər görməsin deyə, bu evliliyə razı oldum. Ancaq bu adam məni öldürəcəkdi".

 

Hadisədən sonra yaxalanan şübhəli həbs olunaraq məhkəməyə göndərilib.

İcmal.Az


Boşanmaq istədiyi həyat yoldaşı tərəfindən hücuma məruz qalan qadının sözləri, polisləri dəhşətə gətirdi

RƏYLƏR