Sevgilisi ilə görüşə çıxan gənci öldürüb, qızı qaçırdılar – VİDEO

OXUNUB: 1361 DÜNYA

Ankarada dəhşətli cinayət hadisəsi baş verib.

Hadisə gecə saatlarında baş verib. Sevgilisi ilə birlikdə atasına aid 06 AP 689 nömrəli avtomobillə İmrahor Prospekti kənarında olan boş əraziyə gələn şəxs burada silahlıların hücumuna məruz qalıb.

Sevgilisi ilə gəzməyə çıxan gənci atəş açaraq öldürdükdən sonra avtomobilini ələ keçirən cinayətkarlar sevgilisini həmin avtomobillə qaçırıblar.

Bir müddət sonra cinayətkarların əlindən xilas olan qadın polis bölməsinə gedərək hadisəni izah edib. Dərhal hərəkətə keçən polis qrupları qaçan şəxslərin tutulması üçün axtarışa başlayıb.

Faktla əlaqədar istintaq başladılıb./milli

 
 

RƏYLƏR