Sevindik Hətəmovun prezidentə "içi dolu çanta" yalanı

OXUNUB: 2568 Seçilmiş Önəmli GÜNDƏM SİYASƏT
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prezident İlham Əliyevə yalan danışıb.

Bu barədə həmin rayondan olan tanınmış jurnalist Fərahim İlqaroğlu bildirib. Onun sözlərinə görə, rayonda səfərdə olan ölkə başçısı Salyan rayon 2 saylı tam orta məktəbin açılış mərasimində iştirak edib. S.Hətəmov isə prezidentə məlumat verərək deyib ki, icra hakimiyyəti bu il şagirdlərə içi məktəb ləvazimatları ilə dolu çanta verib. Lakin jurnalist qeyd edir ki, rayon sakinləri bu faktı təkzib ediblər: "Artıq 2-3 nəfər bu faktı təkzib edir. Hətta bir nəfər yazıb ki, tədbirdən sonra çantalar icra hakimiyyətinə məxsus maşınlara yüklənərək aparılıb. Çantaların çoxu da boş olub. Rayon mərkəzindəki bir topdansatış məntəqəsindən tədbirə görə müvəqqəti götürülüb. Açlışdan sonra aparıb qaytarıblar sahibinə". 

Xəbər gec saatlarda yayıldığı üçün məsələ ilə bağlı Salyan RİH-dən mövqe öyrənmək mümkün olmadı. Qurumun mövqeyini dərc etməyə hazırıq./afn.az
 
İcmal.Az


 

RƏYLƏR