"Sevinirəm ki, medalsız qalmadım" - İlham Zəkiyev

OXUNUB: 973 İDMAN
Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib.

O bildirib ki, amma yenə də medalsız qalmadım:

"Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə, görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

RƏYLƏR