"Şeytana lənət, istəmirdim" - Həmkəndlisini yaralayan oğlan - VİDEO

OXUNUB: 779 HADİSƏ

Şəmkirin Tatarlı kənd sakini Elbrus Quliyevin ağlına gəlməyən başına gəlib.

İcmal.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, may ayının 20-si saat 17 radələrində qardaşı Elçin Quliyevin həmkəndlisi Səbuhi Tağıyevlə mübahisəsi Elbrusu işə salıb.

Qardaşının çağırışı ilə söhbətə qoşulan Elbrus Quliyev mübahisəni qanla yekunlaşdırıb.

Elbrus Quliyev saxlanılan şəxs: "Qardaşım dedi, sən qorxursan, söhbətə getmək istəmirsən. Mən də getdim. Orada dava düşdü. İstəmirdim belə olsun. Çəkiclə sağ ayağına vurdum. Yenə istəmirdim, şeytana lənət".

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, tərəflər arasında mübahisə su üstündə yaranıb. İşin istintaqını aparan müstəntiq Yunis Quliyevin sözlərinə görə, artıq saxlanılan şəxsin barəsində yerli məhkəmənin qərərı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Günahı tam sübuta yetirilərsə, Elbrus Quliyev bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirəcək. Hələ də həkim nəzarətində olan Səbuhi Tağıyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR