Şeyxin qudası 3 milyonu görün nəyə xərclədi - FOTO

OXUNUB: 1860 Seçilmiş Önəmli Özəl HADİSƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadənin açıqlamasında 500 nəfərdən artıq insanı Həcc ziyarətinə göndərməsi sosial mediada və şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, vergi tətbiqi ilə bağlı danışan sabiq deputat Qalib Salahzadə öz çıxışında 500-dən artıq imkansız insanı Həcc ziyarətinə göndərdiyini, onların ödənişlərini özü qarşıladığını bildirib.

ətraflı bu linkdə

Şeyxin qudası 3 milyonu görün nəyə xərclədi - FOTO İcmal.Az xəbər verir ki ,Məsələnin aktuallığını nəzərə alaraq big.az-ın əməkdaşı Qafqaz Müsəlmanlar İdarəsi ilə əlaqə saxlayaraq Həcc ziyarətinə getmək üçün nə qədər ödəniş tələb olunduğu ilə maraqlanıb. İdarənin ziyarət şöbəsindən BiG.AZ-a verilən məlumata görə, hazırda ziyarət üçün yerlər qalmayıb. Qurumdan bildirilib ki, bir nəfərin Həcc ziyarətinə getməsi üçün 3850 dollar vəsait lazımdır.

 

Bir şəxsin Həcc ziyarəti 3850 dollar, yəni 6547 manat təşkil etdiyi halda 500 nəfərin ziyarət xərcini hesablayıb. Hesablamalara görə sabiq millət vəkili 500 nəfərin ziyarəti üçün 3 milyon 273 min 500 AZN büdcə xərcləyibmiş.

 

 

İcmal.Az

RƏYLƏR