Şeyxülislam: İşğaldan azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

OXUNUB: 742 SOSİAL

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi.

Bunu "Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpağında azan səsi gəlsin. Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir”, - A.Paşazadə qeyd edib.

"Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi 2 mindən artıq məscid fəaliyyət göstərir.

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq”, - şeyxülislam bildirib./trend

İcmal.Az

RƏYLƏR