Səyyad Əlizadə: O, mənimlə duet oxuyandan sonra tanındı

OXUNUB: 899 ŞOU-BİZNES

Müğənni Səyyad Əlizadə bu günə qədər dəstək olduğu müğənnilər barədə danışıb. 

 "Show time” verilişində qonaq olan ifaçı bildirib ki, vaxtilə özü dəstək görmədiyi üçün həmkarlarına kömək edib.

"Vallah, məndən kim kömək istəyib, köməyimi əsirgəməmişəm. Mətanət İsgəndərli ilə bir duet oxudum, albom çıxardıq. Ondan sonra tanındı. Mənzurə Musayeva, Türkanə xanımla, Şirazi və başqalarına da dəstək olmuşam. Əməyimi danmırlar. Mən gənc olanda tanınmış müğənnilərə yaxınlaşırdım ki, mənə kömək olun, olmurdular. O da mənə bir dərs olurdu. Deyirdim ki, özüm tanınmış olsam, mənə müraciət edənlərə dəstək olacağam”, - deyə o söyləyib.

Müğənni daha sonra bildirib ki, bir çox verilişlərə dəvət alsa da, bundan imtina edir: "Cavan vaxtımda bütün verilişlərə gedirdim, amma indi şou xarakterli verilişlərdə özümü görmürəm. Çünki mənim xarakterim başqa cürdür. Məsələn, bir veriliş var idi, müğənninin əllərini bağlayıb, yuxarıdan başına nəsə tökürdülər. Bu, nə deməkdir? Bu, nə verilişdir? Qram-qram yığdığımız hörməti kiminsə xoşuna gəlmək üçün bir verilişdə itirək? Bu, düzgün deyil, ona görə də belə verilişlərə getməmişəm.

Mətbəxt verilişlərinə də getmirəm. Çünki heç nə bişirə bilmirəm. Niyə o verilişə getməliyəm ki? Elə verilişlər də var ki, müğənnilərə rol verirlər, deyirlər ki, bu rolu oyna. Mən rola girə bilmirəm. Ona görə də o dəvətlərdən imtina edirəm. Gələn il bu sənətdə olmağımın 40 ili tamam olacaq. Bu günə qədər yığdığım hörməti qoruyub saxlamaq istəyirəm”. /apa.tv
 

İcmal.Az

RƏYLƏR