Sığın azərbaycanlının ölümünə səbəb oldu

OXUNUB: 595 DÜNYA

Rusiyanın Leninqrad vilayətində sığın azərbaycanlının ölümünə səbəb olub.

Dünən gecə Slantsevsk rayonunun növbətçi hissəsinə yol-nəqliyyat qəzası barədə məlumat daxil olub

Bildirilir ki, yüngül tonnajlı avtomobil sığını əzib. Sürücü avtomobildən çıxıb heyvana yaxınlaşan zaman onun özünü yük maşını vurub. Nəticədə, adam hadisə yerində ölüb.

Məlumata görə, həlak olmuş şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır.

Hazırda hadisənin təfərrüatları araşdırılır./oxu

İcmal.Az


RƏYLƏR