Sığın helikopter qəzasına səbəb oldu

OXUNUB: 721 DÜNYA

ABŞ-ın Yuta ştatında sığın helikopterin sükan pərinə dəyərək, onun qəzaya uğramasına səbəb olub.

Bu barədə ABŞ-ın KUTV telekanalı məlumat yayıb.

Helikopterin göyərtəsində iki nəfər olub. Onlar vəhşi təbiət resursları idarəsinin tapşırığı əsasında sığını tutmağa çalışıb.

Yerdən təxminən üç metr yüksəklikdə olan zaman heyət üzvlərindən biri vəhşi heyvanın üzərinə xüsusi silahla tor atıb və sığın müqavimət göstərərək, sükan pərini zədələyib.

Bundan sonra helikopter qəzaya uğrayıb. Ancaq hər iki heyət üzvü sağ qalıb, yalnız yüngül sıyrıqlarla xilas olublar. Vəhşi sığın isə tələf olub./oxu

İcmal.Az

RƏYLƏR