İcmal.Az xəbər verir ki, bu sözləri Optimaldan şikayətçi olan Zeynal Gülarə AZEL.TV-yə videoaçıqlamasında bildirib. O qeyd edir ki, 3 dəfə usta gəlib baxıb, aktlaşdırıb gedib, indi deyirlər ki, gərək aparıb düzəldib gətirək. Əvvəl maşının qapağı sutka yarıma açılırdısa, axırıncı usta gələndən qapısı bağlanıb, ümumiyyətlə açılmır. Xanım şikayətçi bildirdi: "50 manata yaxın pul ödəmişəm, nə gəlib maşını düzəldirlər, nə də pulumu qaytarırlar. Deyirlər ki, gəlib aparıb düzəldərik. 3 dəfə remont olan maşına mən niyə 1000 manat ödəməliyəm? Ondansa, elə gedib 100 manata işlənmiş maşın alardım." Şikayətçi şikayətləməkdə davam edir:
"Daha sonra tələbim ondan ibarətdir ki, gəlib maşını götürüb dəyişsinlər, ya da pulumu geri qaytarsınlar. Mən iş adamıyam, niyə əlimlə paltar yumalıyam? Əsəblərimi də korlayıblar. Xahiş edirəm, sosial mediadan, mənə kömək edin. Bunların istədiyi odur ki, 5 ay da vaxtı uzadalar, zəmanət bitsin, maşın mənim üzərimdə qalsın. Onu da qeyd edim ki, maşını mənə Bakı nümayəndəliyi gətirib. Qeydiyyatım Şamaxı rayonu olduğu üçün sənədləşmə sadəcə Şamaxıda olub. Cəmi 3-4 dəfə paltar yumuşam, qapı açılmadığı üçün paltarı paltaryuyan maşının qapısının pəncərəsindən çıxarmışam. Rusiyadan detal gətirdilər, həmin detalı qoyandan sonra da bu maşın işləmədi. Əksinə, təmiz bağlandı, açılmır. Yanvar ayından da kredit ödənişini dayandırmışam, çünki rəsmi müraciət etmişəm ki, gəlin, maşını götürün." Şikayətçi sonda üzünü Optimal müştərilərinə tutaraq bildirib ki, Optimaldan hər hansı əşya alarkən ehtiyatlı olsunlar ki, sonda başlarına onun başına gələn kimi problem gəlməsin. "Diqqətli olsunlar, həm pulumu vermişəm, həm paltaryuyansız qalmışam. Bundan əlavə də mənim bütün əsəblərim pozulub. Son ümüd yerim məhkəmədir. Məhkəməyə müraciət edəcəyəm. Həm əsəb keçirdiyimə görə təzminat alacağam, həm də təzə paltaryuyan maşın alacağam," - deyə şikayətçi videomüraciətdə şikayətlənib.
Şikayətçinin iddaları ilə bağlı Optimal Elektronika MMC ilə əlaqə yaratmağa cəhd etdik, əlaqəmiz alınmadı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İcmal.Az