Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

OXUNUB: 725 HADİSƏ

Zaqatalada dağlıq-meşəlik əraziyə ova gedən 49 yaşlı kişi güllə yarası alıb.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, bu gün axşam saat 21:30 radələrində Zaqatala şəhəri, S. Kazımov küçəsində yaşayan 49 yaşlı Əhməd Ömər oğlu Məmmədov sağ qolunda çoxsaylı qırma yarası xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

Əhməd Məmmədov ilkin ifadəsində rayonun "Meşleş" adlanan dağlıq meşəlik ərazisinə ov etmək üçün getdiyini və ovda olarkən ehtiyatsızlıqdan yıxıldığını bildirib. Əhməd Məmmədov yıxılan zaman əlində olan ov tüfəngindən açılan atəş onun sağ qoluna dəyib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Balakəndə 53 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində barmaqlarını itirib.

 

ARB TV verir ki, avqustun 29-da gecə saatlarında rayonun Qazma kənd sakini, 53 yaşlı Qurban Sulxay oğlu Sulxayev odlu silahdan açılan atəş nəticəsində yaralanma xəsarəti ilə Balakən Mərkəzi Rayon xəstəxanasına (MRX) daxil olub.

Qurban Sulxayev yaşadığı kəndin inzibati ərazisində, qarğıdalı sahəsində ov tüfəngi ilə ehtiyatsız davrandığından tüfəngdən açılan atəş onun sağ əlinə dəyib. Nəticədə Qurban Sulxayevin əli dağılıb, birinci və ikinci barmaqları qopub. Qurban Sulxayevin əlində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

Silah başlarına oyun açdı - Birinin barmaqları, birinin qolu... - VİDEO - FOTO

Videonu izləmək üçün şəklə klikləyin:
Silahla ehtiyyatsız davrananlar ARB TV

 

İcmal.Az

RƏYLƏR