Silahları təhvil verdilər

OXUNUB: 819 SOSİAL

Nardaran sakini tüfəngini polisə təhvil verib.

İcmal.Az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nazim Alxasov müvafiq sənədi olmayan "İJ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis bölməsinə təhvil verib.

Bundan başqa, Ağcabədi şəhər sakini Amil Məmmədov müvafiq sənədi olmayan və nömrəsi silinmiş "TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon Polis şöbəsinə təhvil verib.

Həmçinin, mayın 21-də Tərtər şəhərindəki evlərdən birinin həyətində keçirilən şənlikdə şəhər sakini Rəşad Zeynalov pnevmatik tapançadan havaya bir neçə dəfə atəş açıb. RPŞ-yə dəvət edilən R.Zeynalov "İJ-37” markalı pnevmatik tapançanı və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.

 

İcmal.Az

 


RƏYLƏR