"Silahlı Qüvvələr haqqında" yeni qanun birinci oxunuşda qəbul olundu

OXUNUB: 686 SOSİAL

Yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
 
Yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan layihədə Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır. Sənəd Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir. Layihədə göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər.
 
Sənəddə o da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər.
 
Qanun layihəsinin 1.0.3 maddəsində bildirilir ki, "Azərbaycan Respublikasının başqa silahlı birləşmələri - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".
 
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.ap

 

İcmal.Az

RƏYLƏR