Silahlı Qüvvələrin ən yaxşı tabor komandiri müəyyən edildi – FOTO

OXUNUB: 1291 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrdə ən yaxşı tabor (diviziya) komandiri adı uğrunda yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, mərasimdə müxtəlif qoşun növlərini, xüsusi təyinatlı təhsil müəssisələrini və Bakı Qarnizonunun şəxsi heyətini təmsil edən nümayəndələr iştirak ediblər.

Yarışlar Silahlı Qüvvələrin 2017-ci tədris ili planına uyğun olaraq keçirilib. Yarış Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə ən yaxşı tabor (diviziya) komandiri adı uğrunda aparılıb. Yarışlar zamanı əsas diqqət tabor (diviziya) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də, taboru döyüşdə idarə etməkdə şəxsi heyətlə işdə fərqlənən tabor komandirlərinə yönəlib.

Yarışlar zamanı 13 nəfər müxtəlif tabor, müxtəlif xidmətlər, qoşun növləri üzrə mükafatlandırılıblar.

Mükafatları tədbirin fəxri qonağı, general-leytenant Nizam Osmanov təqdim edib.

 

İcmal.Az

RƏYLƏR