Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

OXUNUB: 618 DÜNYA
Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın hökumət qüvvələrini atəşə tutublar.

Bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Y. Borenkov qeyd edib ki, qanunsuz silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib, Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini 14 dəfə atəşə tutublar.

Onun sözlərinə görə, silahlı qruplaşmalar Latakiya əyalətinin Akko, Tel-Raşa və Zuveykat yaşayış məntəqələrindəki hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.

General-mayor bildirib ki, insidentlər nəticəsində xəsarət alan olmayıb.

RƏYLƏR