Şimali Kipr Türk Cumhuriyyətində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi - FOTOLAR

OXUNUB: 254 GÜNDƏM QHT
Bu gün Şimali Kipr Türk Cumhuriyyəti Doğu Akdeniz Universitetində Xocalı soyqırımının 27 illiyinə həs olunmuş anım konfransı keçirilib. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasovun moderatorluğu ilə baş tutan tədbir Türkiyə və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başladı.
Sonra Kipr-Azərbaycan Diaspora Mərkəzinin həmsədri Toğrul Abbasov tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımının tarixi haqqında danışdı. 
Ev sahibi olaraq qonaqları salamlayan Doğu Akdeniz Universiteti rektor köməkçisi Cem Tanova Xocalı soyqırım qurbanlarının Türkiyədə anılmasının vacibliyindən danışdı.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək Xocalı soyqırımının sadəcə bir münaqişə olduğunu deyil, insanlığa qarşı həyata keçirilən qətliam, soyqırım olduğunu dedi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın XOCALIYA ƏDALƏT kampaniyasının həyata keçirdiyi aksiyalar nəticəsində dünyanın bir çox nüfuzlu ölkələrinin bu soyqırmı tanıdığını deyən S.Abbasov daha sonra çıxış üçün sözü panelin qonaqlarına verdi. 
Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı soyqrımının törədilmə səbəbi barədə geniş danışdı. Türkiyənin hər zaman Azərbaycanın acı günündə yanında olduğunu deyən N.Həmzəyev bundan sonra da həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışdı: "Artıq Azərbaycan Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət kursu reallaşdırmaqdadır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu hər zaman torpaqaları düşmən tapdağından azad etmək iqtidarındadır. Lakin biz hələ ki, sülh yolunu seçirik". Millət vəkili qeyd etdi ki, gec-tez bu soyqırımı törədənlər beynəlxalq tribunalda cavab verməli olacaqalar. 
Daha sonra Şimali Kipr Türk Cumhuriyyəti Məclis rəhbəri köməkçisi Zorlu Töre Xocalı soyqırımının dünyada ən qəddar hadisə olduğunu, təkcə türklərə deyil, bütün bəşəriyyətə qarşı törədildiyini dedi.
Anım tədbiri müzakirə formatında öz işinə davam etdi.
İcmal.Az















RƏYLƏR