Şimali Koreya ABŞ gəmisini “vurdu” - Video

OXUNUB: 701 DÜNYA

Şimali Koreya hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinə aid təyyarədaşıyan gəminin "vurulması” kadrlarını nümayiş etdirib.

Bu barədə Cənubi Koreyanın "Yonhap” agentiyi məlumat yayıb.

Videoda Şimali Koreyaya aid sualtı qayığın raket zərbəsi ilə ABŞ-ın "USS Carl Vinson” təyyarədaşıyan gəmisini "məhv etdiyi” nümayiş olunur.

Bundan başqa, Pxenyanın videoda Şimali Koreya hava məkanını pozan ABŞ-ın B-1B, F-35 təyyarələrini "məhv etdiyi" göstərilir./axar.az

İcmal.Az

RƏYLƏR