Şimali Koreya nüvə poliqonunu sökdü

OXUNUB: 671 DÜNYA

Şimali Koreya əvvəllər nüvə sınaqları həyata keçirdiyi Punqe-Ri nüvə poliqonunu dağıdıb.

İcmal.Az xəbər verir ki, bu, əcnəbi jurnalistlərin müşaiyəti ilə baş tutub. 

Poliqonu əhatə edən müşahidə qülləsi və üç şaxta partladılıb. 

"Radioaktiv maddələrin ətrafa sızması müşahidə edilməyib”, - bəyanatda deyilib. 

Nüvə poliqonunun bağlanması ilə bağlı Cənubi Koreya lideri Mun Çje İn ilə KXDR lideri Kim Çen In arasında aprelin 27-də Pxanmuncomda keçirilən görüşdə razılıq əldə edilib. 

İcmal.Az

RƏYLƏR