Şimali Koreyada yeraltı nüvə sınağın zəlzələyə səbəb oldu

OXUNUB: 750 DÜNYA

ABŞ-ın Geologiya Xidməti Şimali Koreya ərazisində 5,6 bal gücündə zəlzələni qeydə alıb.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Agentliyin qeyd etdiyi kimi, sonuncu yeraltı təkanlar Şimali Koreyanın nüvə silahının sınağını həyata keçirdikdə qeydə alınıb.

Yaponiyanın "NHK" ictimai televiziyası isə KXDR-in 6-cı nüvə sınağını keçirdiyini bildirib. Qeyd olunur ki, 5,6 bal gücündə zəlzələ yeraltı nüvə sınağını göstərir.

Bununla yanaşı, Cənubi Koreya hakimiyyəti də güman edir ki, Pxenyan növbəti nüvə sınağını keçirib./publika

 

İcmal.Az

RƏYLƏR