Sinəsini dikləşdirmək istəyən 2 uşaq anası əməliyyat zamanı öldü - FOTO

OXUNUB: 670 MARAQLI

Sinə dikləşdirmə əməliyyatı etdirən qadın əməliyyat masasında ölüb.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, Moskvanın ən məşhur plastik cərrahının xəstəsi əməliyyat masasında həyatını itirib.

32 yaşlı, 2 uşaq anası Ekaterina Kiseleva əməliyyat olunarkən ürək çatışmazlığından ölüb.

Ekaterinanın anası Moskvanın məşhur plastik cərrahı Qriqori Perekrestovla bağlı şikayət ərizəsi yazıb. Ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

"Bütün şikayətlərimiz rədd edilir. Telefonlarımız cavabsız qoyulur. Çarəsiz vəziyyətdəyik. Bizim həyatımız məhv olub. Gözəl, ağıllı, sağlam qızım bədənindəki qüsuru yox etməkdə bu vəhşi həkimə güvənmişdi. Həkim, sadəcə, onun pulunu deyil, həm də canını aldı".

Qeyd edək ki, cərrah əməliyyatdan əvvəl xəstələri ilə birlikdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

İcmal.Az

RƏYLƏR