Sığorta bazarı 1%-ə yaxın kiçilib

OXUNUB: 948 İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 23 sığorta şirkətinin xətti ilə 240,115 mln. manat sığorta haqqı toplanılıb.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.

Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 97,901 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 11,75% çoxdur.

Qeyd olunur ki, 2017-ci ilin yanvar-may aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40,8 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-may aylarında 36,2 manat olub. /report

İcmal.Az

RƏYLƏR