Sığorta şirkəti “Toyota Bakı Mərkəzi”ni məhkəməyə verib

OXUNUB: 916 SOSİAL
"A-Qroup Sığorta Şirkəti” ASC "Toyota Bakı Mərkəzi” MMC-ni məhkəməyə verib.

7News.Az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürüb.

İddia olunan pul vəsaitinin məbləği açıqlanmır.
Məhkəmə iddianı təmin etməyib.

Qərardan narazı qalan "A-Qroup Sığorta Şirkəti” ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə ASC-nin apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Azərbaycanda tanınmış sığorta şirkəti olan "A-Qroup Sığorta Şirkəti” ASC 1995-ci ildən fəaliyyət göstərir.

"Toyota Bakı Mərkəzi” MMC isə dünyada məşhur olan "Toyota” şirkətinin Azərbaycanda rəsmi dileridir.

RƏYLƏR