Siqaretdən istifadə məhdudlaşdırılır - Qanun qəbul edildi

OXUNUB: 820 SOSİAL

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

İcmal.Az xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, qanun layihəsinin birinci oxunuşunda deputatlar tərəfindən təklif edilən dəyişikliklər araşdırılıb: "Ancaq nəzərə alaq ki, təklif edilən dəyişiliklərin hamısını  qanun layihəsinə əlavə etmək mümkün olmayıb. Amma gələcəkdə qanun yəqin ki, daha da sərtləşdiriləcək”. 

Qeyd edək ki, qanun layihəsi 17 maddədən ibarətdir. Sonda sözügedən qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib. 

İcmal.Az

RƏYLƏR