Sirkdə faciə: top atəşi onu uzağa atdı - VİDEO - FOTO

OXUNUB: 371 MARAQLI

Çilinin paytaxtı Santyaqodakı sirklərdən birində insident yaşanıb.

"Hombre Bala" ("Güllə adam") kimi tanınan 40 yaşlı Hayme Almarza Kesada həmişə olduğu kimi, "Topdan uçan adam" şousunu göstərirdi.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, Santyaqodakı "Arauco Maipu" ticarət mərkəzindəki "American Circus"un akrobatı, topun lüləsinə girmiş Hayme atəş açılandan sonra sirk şapitosunun qübbəsi altında uçmalı, qarşı tərəfə çəkilmiş tora düşməliydi.

Lakin top atəş açandan sonra Hayme torun üzərindən uçaraq tribunalara düşüb.

 

Ağır xəsarət alan, ayaqları sınan akrobat hospitala aparılıb.

İcmal.Az

Sirkdə faciə: top atəşi onu uzağa atdı

Sirkdə faciə: top atəşi onu uzağa atdı - VİDEO - FOTO

RƏYLƏR