Sirkə turşusundan zəhərlənən kişi öldü

OXUNUB: 883 HADİSƏ
Şəkidə sirkə turşusundan ölüm faktı qeydə alınıb.
 
İcmal.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicə alan rayonun Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü  Elçin Fikrət oğlu Məmmədov mayın 8-i axşam saat 22 radələrində ölüb.
 
Qeyd edək ki, 35 yaşlı Elçin Məmmədov mayın 8-i axşam saat 18 radələrində sirkə turşusundan zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini araşdırmalardan sonra söyləmək mümkün olacaq.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR