"Sirli şirtkət" bu dəfə "Azərişıq"ı "uddu" - Müəmmalı tender

OXUNUB: 504 Özəl GÜNDƏM İQTİSADİYYAT

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi "Disked Qrup” MMC olub.

"Azərişıq” ASC "Külək enerji qurğularının, turbinlərin, sınaq və güc ötürücü sistemlərinin sərf mal-materiallarının” satın alınması üçün "Disked Qrup” MMC-yə 48 min 968 manat 70 qəpik, "Müxtəlif təmir və sərf materiallarının” satın alınması üçün 48 min 236 manat 63 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Azərişıq” ASC-dən 97 000 manatlıq tender müsabiqəsinin qalibi olan "Disked Qrup” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edib. Hüquqi ünvanı "Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də yerləşir. Qanuni təmsilçisi isə Məmmədov Vüqar Həsən oğludur.

Qeyd edək ki, "Disked Qrup” MMC-nin qeydiyyatda olduğu ünvanda - "Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də qısa müddət ərzində onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də  bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 6-7 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.//Yeniavaz

"Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanda qeydə alınan onlarla şirkətlərin bəziləri:

Adı Ünvan Nizamnamə kapitalı Qanuni təmsilçi Qeydiyyat tarixi
"DISKED QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Məmmədov Vüqar Həsən 17.07.2020
"TABLO-AZ QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Məmmədov Vüqar Həsən 01.12.2020
"TƏHCİZAT TM QRUP ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Garayev Afər Ağalar 17.07.2020
" SMART TC ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Qədirov İmran Ələkbər 13.07.2020
" UFUQ AZ ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Ziyadov Elvin Rasim 13.07.2020
"FORUS AS LTD ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Ziyadov Elvin Rasim 13.07.2020
"SABBAT AS ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Qədirov İmran Ələkbər 10.07.2020
"SIMPLE AS ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Allahyarov İlkin Seymur 07.07.2020
"SEYKO LTD ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Məmmədov Dövran Elxan 06.07.2020
"YUSİKO QRUP ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Sultanlı Vəfa Məmi 02.07.2020
"FERGAN CONSTRAKSEN” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Baxşıyev İlham Zeybulla 01.07.2020
" AZERNUR LTD” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Babayev Tərlan Əbdülbağlı 30.06.2020
"NURSEN LTD ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Hüseynov Cavad Bəhrəm 30.06.2020
"AZ FAMILY QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Məmmədov Dövran Elxan 29.06.2020
"TITAN TM QRUP ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Baxşıyev İlham Zeybulla 29.06.2020
"XRONIKA QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Allahyarov İlkin Seymur 29.06.2020
"FAYTON TT QRUP ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Hüseynov Cavid Bəhram 22.06.2020
"CASPER AZ CONSTRAKSEN ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Quliyev Xaləddin Məhyəddin 16.06.2020
"AZTEXNIK AS ” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Quliyev Xaləddin Məhyəddin 16.06.2020
"EAST COMPANY” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Qədirov İmran Ələkbərov 17.06.2020
"PODIUM AS” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Nağıyev Elnur Cəlil 17.06.2020
"FERLON TS CONSTRAKSN” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Həsənov Rəşad Rəşid 17.06.2020
"SARMAT-AZ QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Həsənov Rəşad Rəşid 17.06.2020
"AQRO-S İNŞAAT 2020” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 10 manat Nağıyev Elnur Cəlil 17.06.2020
"MEMFİS QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 5 manat Qalayçiyev Oruc Mikayıl 02.12.2020
"DEKO AZ QRUP” Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28 5 manat Ələsgərov Zaur Məmmədzakir 03.12.2020

RƏYLƏR