Şirvanda ictimai iştirakçılıq mövzusunda müzakirə keçirilib - FOTOLAR

OXUNUB: 354 QHT SOSİAL
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən "Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində ictimai iştirakçılıq mövzusunda tədbir keçirilib.

Maarifləndirici görüşdə Şirvan Şəhər İcra hakimiyyətinin məsul əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.


Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov çıxışında icra hakimiyyətinin vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini qeyd edib. O, eyni zamanda ölkədə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə aparılan tədbirlər çərçivəsində Şirvanda da İcra hakimiyyəti yanında İctimai Şuranın yaradıldığını bildirib.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər məsələlərdən danışıb.

Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir.
Milli Məclisin üzvü İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov çıxışında ictimai iştirakçılığın vacibliyini qeyd edərək və bu kontekstdə deputat – seçici münasibətlərindən danışıb.

İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib.

Tədbir müzakirələr ilə davam edib. İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri – hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştiarakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacib olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.

RƏYLƏR