Siyəzəndə silah anbarında güclü partlayış – VİDEO + FOTO + YENİLƏNİB

OXUNUB: 1446 SOSİAL

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. 

Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub. 

İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

10:11

Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

İcmal.Az xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Ərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

İcmal.Az

RƏYLƏR