"Sizə ayıb olsun ki..." Xatirə Sevinc- Sevili "yıxıb -sürüdü"

OXUNUB: 836 ŞOU-BİZNES
Əkizlər Sevil və Sevinc Səfərova bacıları "ATV maqazin onlarla” rubrikasının "Hit-parad” rubrikasının qonağı olublar.

Müğənnilər bir çox ifaçıların ünvanına sərt sözlər deyiblər.

Əkizlər müğənni Xatirə İslamın "Viranə” mahnısını dördüncü pilləyə qoyublar. Onlar Xatirə haqda qalmaqallı açıqlama veriblər. Onlar Miri Yusifi tənqid edən Xatirəyə "Efirdə görünməsə unudulacaq” sözlərini deyib.

İslamın bacılara cavabı da gecikməyib. O, bacıları qeyri-peşəkarlıqda ittiham edib:

"Gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, siz başınızdan böyük danışmısınız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə yeni gəlmiş müğənni kimi heç bir uğura imza atmayan gənc və dəliqanlı qızların 18 il peşəkar səhnədə olan, Azərbaycanın bütün karifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər? /axşam
 

İcmal.Az

RƏYLƏR