Sobçak Rusiyada prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif etdi

OXUNUB: 662 DÜNYA

Prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşan qalmaqallı teleaparıcı Kseniya Sobçak prezidentin səlahiyyətlərini məhdudlaşdırmaqla, Rusiyanın parlament respublikasına keçirilməsini təklif edib. 

Bu barədə İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir.

"Şəxsən mən özüm hakimiyyətə gələcək növbəti şəxsdən, hazırda qeyri-legitim olan Dövlət Dumasını buraxmağı, daha sonra isə parlamentin rolunu gücləndirməklə prezidentin səlahiyyətlərinin azaldılmasını tələb edərdim”, - deyə Sobçak bildirib. 

Xatırladaq ki, Kseniya Sobçak Rusiyada keçiriləcək 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

İcmal.Az

RƏYLƏR