Sobçak Trampın verdiyi ziyafəti pislədi

OXUNUB: 647 DÜNYA

Rusiyalı prezidentliyə namizəd Kseniya Sobçak ABŞ prezidentinin Vaşinqtonda təşkil etdiyi  Milli Dua Səhər yeməyi ziyafətinə qatılıb.

Tədbirdə iştirakını şərh edən Sobçak onun "tamamilə faydasız və mənasız” olduğunu söyləyib.

"Bu, maraqsızdır, səslənən nitqlər mənasızdır. Bu çıxışların heç bir mənası yoxdur. Öz aralarında ünsiyyət belə qura bilməyən insanlar əyləşir”, - deyə Sobçak bildirib.

Rusiyalı prezidentliyə namizədin sözlərinə görə, səhər yeməyinə çox sayda siyasətçi qatılsa da, tədbir ünsiyyət üçün heç də münasib yer olmayıb.

"Bütün günü qulaq rəsmi, heç bir mənası olmayan nitqləri eşitdiyindən insanlar öz aralarında söhbət edə bilir”, – deyə Sobçak bildirib.

Sobçak seçkiqabağı gərgin qrafiki ilə əlaqədar tədbirdə yalnız beş dəqiqə iştirak edə bilib.

BBC-nin məlumatına görə, o, qalmaqallı "Krmel siyahısının” müəllifi ilə qeyri-rəsmi görüş keçirib./oxu

İcmal.Az

RƏYLƏR