SOCAR bu il 253 min ton dizel yanacağı ixrac edib

OXUNUB: 561 Səhiyyə İDMAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTAN

Bakı. 1 may. / Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 47 090 ton dizel yanacağı, 3 926 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, İdarə apreldə 117 ton soba mazutu, 8 314 ton yüksək təzyiqli polietilen, 358 ton mütləqləşdirilmiş izopropil spirti, 4 710 ton maye piroliz qətranı, 2 908 ton propilen və 1 405 ton butilen-butadien fraksiyası ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 252 918 ton dizel yanacağı, 18 822 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 32 593 ton yüksək təzyiqli polietilen, 4 348 ton mütləqləşdirilmiş izopropil spirti, 21 922 ton maye piroliz qətranı, 14 096 ton propilen və 10 083 ton butilen-butadien fraksiyası ixrac edilib.

2017-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 555,19 ABŞ dolları, təyyarə yanacağı - 493,19 dollar, dizel yanacağı - 460,89 dollar, 1%-li kükürdlü mazut - 306,35 dollar, yüksək təzyiqli polietilen - 1 260 dollar, butilen-butadien fraksiyası - 758,81 dollar, maye piroliz qətranı - 555,19 dollar, propilen - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1 575 avro təşkil edib.

Aprel ayında dünya bazarında “Brent” tipli xam nefti 52,54 dollar/barelə, “Urals” - 51,75 dollar/barelə, "BTC FOB Ceyhan" isə 53,83 dollar/barelə satılıb.

RƏYLƏR