SOCAR Ceyhandan 5,4 mln. ton xam neft ixrac edib

OXUNUB: 54376 Texnologiya TƏHLİL CƏNUBİ QAFQAZ Video

Bakı. 1 may. / Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 5 374 087 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 467 117 tonu aprel ayında həyata keçirilib.

Aprel ayında Ceyhandan SOCAR-ın ixracı ötən ilin aprel ayı ilə müqayisədə 32% artıb. Dörd aylıq ixrac isə 6% azalıb.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

RƏYLƏR