SOCAR-ın baş ofisi bu qiymətə başa gəlib

OXUNUB: 917 İQTİSADİYYAT

SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

İcmal.Az xəbər verir ki, bu barədə APA layihənin podratçısı olan "Tekfen" şirkətinə istinadən məlumat yayıb. Bildirilir ki, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.

2017-ci ilin sentyabrın 15-nə "SOCAR Tower"də işlərin 99,2%-i başa çatıb. "Tekfen" bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

"SOCAR Tower" Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

İcmal.Az

RƏYLƏR