SOCAR sözçüsünün daha bir yalanı: biri var deyir, biri yox...

OXUNUB: 1145 İQTİSADİYYAT

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Günəşli İstehsalat Bölümünün qurğu rəisinin müavini Qəmbərov Arif Azad oğlunun Bölüm rəisi Cəbrayıl Qədirov və müavini Şahin Bayramov tərəfindən döyülməsi ilə bağlı xəbər yayılıb. 

 


Bu barədə məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, məsələ ilə əlaqədar Arif Qəmbərov hüquq mühafizə orqanlarına, respublika prokuroruna və ölkə rəhbərliyinə müraciət edib.

Axar.az saytı xəbəri dəqiqləşdirmək üçün SOCAR-ın PR şöbəsinin əməkdaşı İbrahim Əhmədovla əlaqə saxlayb. Qurum rəsmisi hadisə ilə bağlı onlara heç bir məlumatın daxil olmadığını bildirib: "Bizə rəis müavini Arif Qəmbərovun döyülməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Qurumun bu cür hallar və şikayətlərlə bağlı "Qaynar xətt”i var. Şikayət daxil olduğu zaman məsələ ilə bağlı mütləq araşdırma aparılacaq".

İbrahim bəy SOCAR-ın bu kimi hallar və şikayətlər üçün "Qaynar xətt"inin olduğunu bildirib. Amma bizim bildiyimizə görə, neft şirkətinin nəznində belə bir "Qaynar xətt" mövcud deyil. Bunu dəqiqləşdirmək üçün şirkətin saytında uzun-uzadı axtarış apardıq. Amma saytın heç bir bölməsində "Qaynar xətt"in nömrəsini tapa bilmədik.

Elə Mirvari Qəhrəmanlı da sosial media hesabından İbrahim Əhmədova bununla bağlı sual ünvanlayıb: "Hörmətli İbrahim Əhmədov, SOCAR-ın şikayətlərlə bağlı "Qaynar xətt"i var?



Bu səbəbdən İbrahim Əhmədova müraciət etdik. SOCAR rəsmisi "Qaynar xətt"in nömrəsinin qurumun saytında olduğunu, bu barədə bizə e-mail vasitəsi ilə məlumat verəcəyini bildirdi.

İbrahim Əhmədov çox keçmədən e-mail vasitəsi ilə 2012-ci ilin 10 martında təsdiq edilmiş "ARDNŞ-nin şirkətdaxili standartlarının təsdiq və tətbiq edilməsi" barədə sənədi göndərdi. Sənəddə "Qaynar xətt"lə bağlı uzun-uzadı məlumat verilir. Amma heç bir telefon nömrəsi yoxdur. Belə çıxır ki, problemi olan, lap edə rəisləri tərəfindən döyülən Arif Qəmbərov kimi işçilər şikayət etmək üçün uzun-uzadı məktub yazmalı, onu poçt və ya e-mail vasitəsi ilə şirkətin rəhbərliyinə məlumat verməlidir.

Sorğumuza cavab kimi, şirkətin daxili sənədlərindən birini göndərən İbrahim Əhmədovun cavabından belə məlum oldu ki, o, özü-özünü təkzib edir. SOCAR-da "Qaynar xətt kimi çalışan hansısa telefon nömrəsi yoxdur. O boyda imkanları və işçi qüvvəsi olan, media ilə işləmək adına 7-8 strukturu olan bir dövlət şirkətinin "Qaynar xətt" adına adi bir emaili var. O da elə bir yerdə ört-basdır edilib ki, onu nə jurnalistlər, nə hüquq müdafiəçiləri, nə də ki, adi vətəndaşlar çətin tapa bilə. O ki, qaldı sadə fəhlələr ola.

Hər halda biz bəlkə də çoxdan işləməyən həmin emaili ictimailəşdirək ki, SOCAR-ın hamı tərəfindən axtarılan "qaynar-xətti"nın nədən ibarət olduğunu hamı görsün: [email protected]

RƏYLƏR