“SOCAR Turkey Enerji” TANAP-dan pay alıb

OXUNUB: 646 İQTİSADİYYAT

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş” Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində səhmdar olub.

İcmal.Az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. 

O qeyd edib ki, "SOCAR Turkey Enerji”nin TANAP-da 7% pay alması üçün işlər bu ilin martın sonunda yekunlaşıb:

"SOCAR Turkey Enerji” TANAP-da 7% hissədar olub”.

İcmal.Az

RƏYLƏR